XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

18 İyun 2015 - 14:55

Gürcüstan 5 ölkəyə qadağa qoydu – Aralarında İran da var (SİYAHI)
Gürcüstan hökumətinin qərarı ilə 94 ölkənin, o cümlədən Azərbaycan Respublikasının vətəndaşları Gürcüstana viza almadan daxil olacaq və bir il ərzində burada yaşayacaqlar.
Strateq.az Anspress-ə istinadən xəbər verir ki, əvvəlki qanuna əsasən, 118 ölkənin vətəndaşı Gürcüstan ərazisinə vizasız daxil ola bilərdi. Onların ölkədə 90 gün qalmasına icazə verilirdi. Hökumətin yeni qərarı ilə bu siyahıda dəyişiklik olunub. Siyahıdan 24 ölkə çıxarılıb. İran, Əfqanıstan, Misir, çin və Hindistan vətəndaşları Gürcüstana vizasız gələ bilməzlər. Qalan 19 ölkənin vətəndaşları isə Gürcüstana vizasız gələ, ancaq yalnız 90 gün müddətində qala bilərlər.
Yeni qanun Şengen vizasına malik şəxslərə də Gürcüstana vizasız gəlmək imkanı verir.