XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2016 - 03:58

Putin Qara dənizdəki qaz marşrutlarının taleyindən danışdı:"Layihələrdən imtina etməmişik"

putin=canli=efir=1

 

"Rusiya “Cənub axını” və “Türk axını” layihələrindən qəti olaraq imtina etməyib, sadəcə, Avropa Komissiyasının aydın mövqeyi gərəkdir". 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşdən sonra mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin deyib.  

“Qara dənizin dibi ilə qaz ixrac marşrutlarına gəlincə, Türkiyə ilə bağlı məlum siyasi çətinliklər var. Lakin biz heç bir layihədən – nə “Cənub axını”, nə də “Türk axını” layihələrindən qəti olaraq imtina etmirik. Bizə, sadəcə olaraq, Avropa Komissiyasının   aydın mövqeyi gərəkdir – aydın, anlaşılan, tam başa düşülən mövqe. Lakin qeyd olunan layihələrin heç biri ilə bağlı bunu, hələ ki, görmürük” – deyə Putin bildirib.

Qeyd edək ki, Rusiya 2014-cü ilin dekabrında  Bolqarıstan, Serbiya və Macarıstan ərazisindən keçəcək “Cənub axını” qaz borusu layihəsindən imtina etdiyini bəyan edib.  “Türk axını” layihəsi isə Moskva-Ankara münasibətlərinin soyuması səbəbindən dondurulub.