XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2016 - 11:56

Azərbaycanın qaz ixrac boru kəmərinə haker hücumu olub? –SOCAR-dan açıqlama

socaR-111585

"Çexiyalı mütəxəssisin Azərbaycanın qaz ixrac boru kəmərinə haker hücumu olduğu ilə bağlı iddiaları həqiqətə uyğun deyil".

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirib.

Nizaməddin Quliyev vurğulayıb ki, belə hadisə baş verməyib(Report). 

Qeyd edək ki, Çexiyanın kibertəhlükəsizlik strategiyası konsepsiyasının müəllifi Ales Şpidla Azərbaycanın qaz ixrac boru kəmərinə haker hücumu olduğunu iddia edib. Onun iddiasına görə, hakerlər Azərbaycan qazını Gürcüstan üzərindən Türkiyəyə nəql edən boru kəmərinin (Cənubi Qafqaz Boru Kəməri) idarə olunması sisteminə müdaxilə edərək axının istiqamətini dəyişib və qazı Rusiyaya yönəldib.