XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2016 - 16:31

Azərbaycanlı BP-nin vitse-prezidentitəyin olundu

zaur-pasayev

BP-nin hazırda Səngəçal terminalının meneceri olan Zaur Paşayev 1 sentyabr 2016-cı il tarixindən şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda qurudakı əməliyyatlar üzrə vitse-prezidenti təyin olunur.

BP-dən verilən məlumata görə, yeni vəzifəsində Z. Paşayev BP-nin qlobal əməliyyatlar təşkilatının, həmçinin BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə rəhbər qrupunun üzvü olmaqla region üzrə qurudakı əməliyyatların təhlükəsiz, etibarlı və səmərəli icrasına cavabdeh olacaq.

Z. Paşayev BP-nin digər regiondakı biznesində texniki təhlükəsizlik və əməliyyat riski üzrə vitse-prezident təyin olunmuş Kreq Uiqqzi əvəz edəcək.

APA