XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2016 - 18:02

Çexiya prezidentindən Türkiyəyə mesaj:Praqa da "erməni soyqırımı"nı tanıya bilər

zeman

Almaniyanın ardınca Çexiya da “erməni soyqırımını” tanıya bilər.

Strateq.az politoloq Elxan Şahinoğluna istinadən xəbər verir ki, bu haqda Çexiya prezidenti Miloş Zeman Ermənistana səfəri zamanı deyib.

Miloş Zeman erməni həmkarı Serj Sərkisyanla İrəvanda keçirdiyi birgə mətbuat konfransında bildirib ki, o “erməni soyqırımı"nın tanınması məqsədilə Çexiya parlamentinə müraciət edəcək:

"Miloş Zeman onu da xatırladıb ki, o, Serj Sərkisyanı iki il əvvəl Praqada qəbul edərkən də “soyqırımın” tanınması məsələsinə müsbət yanaşıb. Maraqlıdır ki, Almaniya parlamenti də Serj Sərkisyanın Berlinə səfərindən az sonra “erməni soyqırımını” tanıyan qətnamə qəbul edib. Əlbəttə, bu, Ermənistan prezidentinin gücünü göstərmir, sadəcə, Avropa ölkələri erməni məsələsindən öz məqsədləri üçün istifadə edir, “erməni soyqırımını” tanımaq yolu ilə Türkiyənin Avropa İttifaqına yolunu bağlamaq istəyirlər".