XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2016 - 17:45

FHN-də Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin nümayəndələri iləgörüş keçirilib

FHN

Bakıda keçiriləcək 2016-cı il “Formula-1” Avropa Qran-prisi yarışlarına hazırlıq çərçivəsində iyunun 8-də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin nümayəndələri arasında qarşılıqlı əlaqələrin təşkili mövzusunda görüş keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, tədbirdə FHN-in “Formula-1” yarışları zamanı təhlükəsizliyə cavabdeh əməkdaşları və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin nümayəndələri iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd yarışlar zamanı qarşılıqlıfəaliyyətin daha dəqiq əlaqələndirilməsi və təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparmaqdan ibarət olub.

Giriş sözü ilə çıxış edən FHN-in “Formula-1” üzrə  əlaqələndiricisi polkovnik  Cavanşir Həşimov görülən işlərdən ətraflı bəhs edib, belə tədbirlərin keçirilməsinin yarışlar öncəsi əməkdaşların nəzəri biliklərinin artırılmasına kömək edəcəyini vurğulayıb.

Daha sonra çıxış edən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Əməliyyat departamenti obyektlərin idarəedilməsi üzrə mütəxəssisi Ləman Həsənova, Əməliyyat departamenti idman üzrə menecerinin müavini Vladislav Vorapayev, Təhlükəsizlik departamentinin təhlükəsizlik üzrə koordinatoru Məsturə Ədilova “Formula-1” yarışları zamanı Fövqəladə Hallar Nazirliyinin xilasediciləri ilə qarşılıqlı əlaqələrin əhəmiyyətindən danışıb, yarışlar müddətində  baş verə biləcək hər hansı bir hadisəyə operativ reaksiya verilməsinin zəruriliyini vurğulayıblar.

Sonda yarışlarda təhlükəsizliyə dair fotoslaydlar göstərilib, suallar cavablandırılıb.