XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2016 - 18:17

Bakıda NATO-nun ekspert qrupu ilə görüş başlayıb –Müdafiə Nazirliyi

mudafie-n-1

Azərbaycan Müdafiə Nazirliyinin NATO ilə 2016-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, Şimali Atlantika Alyansının Nortvud Dəniz Komandanlığının ekspert qrupu ilə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndələri arasında "Dənizdə təqibetmə əməliyyatları üzrə göyərtə-axtarış bölmələri" mövzusunda işçi görüşü keçirilir.

Strateq.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Hərbi Dəniz Qüvvələrinin bazasında təşkil olunan görüşdə dənizdə təqibetmə əməliyyatları üzrə göyərtə-axtarış bölmələrinin hazırlıq prosesində Azərbaycan HDQ-də və NATO-da tətbiq olunan standartlar, tapşırıqlar və fəaliyyətlər mövzusunda fikir mübadiləsi aparılır.