XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2016 - 21:05

İmişliyə dolu yağdı –Evlərə və təsərrüfatlara ciddi zərər dəydi

dolu-qar-yagis

İmişliyə yağan dolu rayonun Hacıalmuradlı, Xəlfəli və Qızılkənd kəndlərində ciddi fəsadlar törədib.

Gecə saat 2 radələrində başlayan və küləklə müşayət olunan dolu ağacları aşırıb, onların meyvələrini məhv edib və tərəvəz bitkilərini yararsız hala salıb.

Kənd sakini Pəncalı İbişov bildirib ki, onların evlərinə ciddi ziyan dəyib: "Evimizdə otaqdakı yorğan-döşək, hamısı pal-paltar, hamısı suyun içərisindədir. Sonra evin dam örtüyünü sındırdı, sonra pəncərələri qırdı tökdü".

Dolu evlərin dam örtüklərini zədələyib, pəncərələrin şüşələrini və politilen örtüklərini də sıradan çıxardıb. Kənd sakinlərinin sözlərinə görə, xəsarət alanlar olmasa da, ev quşları və heyvanlar arasında tələfat var.

Hazırda hadisə ilə bağlı İmişli rayon İcra Hakimiyyətinin Fövqəladə halllar Komissiyası tərəfindən fəsadların aradan qaldırılması və dəyən ziyanın hesablanması istiqamətində araşdırmalar aparılır.

Region TV