Amerikalı investor Corc Soros hesab edir ki, mühacir böhranı və Böyük Britaniyanın AB-dən potensial çıxışı ilə bağlı Avropa Birliyinin dağılmasına “yaxşı şans” var.
Strateq.az xarici nəşrə isnadən bildirir ki, milyarder deyib: “Böyük Britaniya getsə, ümumi nəticəni törədə bilər və AB-nin dağılması praktik olaraq qaçılmaz olar”.
Maliyyəçi əlavə edib: “Əminəm ki, Brexit üzrə səsvermə yaxınlaşdıqca qalmaq istəyənlərin düşərgəsi möhkəmlənəcək. Bazarlar həmişə haqlı olmur, lakain bu halda onlarla razılaşıram”.
Böyük Britaniyanın AB-yə üzvlüyü haqda referendum iyunun 23-də olacaq.