XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2016 - 16:21

Nazir Ramil Usubov vətəndaşları qəbul edəcək- Qubada

ramil-usubov

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyunun 25-də saat 10:00-da Quba Rayon Polis Şöbəsində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, vətəndaşlar daxili işlər orqanları əməkdaşlarının fəaliyyətinə və qurumun səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.