XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

19 İyun 2015 - 11:12

Moskva da Avropaya “mülk müharibəsi” elan etdi: “Cavabımız adekvat olacaq”

bp hebs.jpg

Moskva Avropa ölkələrinin Rusiyada olan dövlət mulkiyyəti üzərinə həbs qoymağa hazırlaşır.

Strateq.az RBK-ya istinadən bildirir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov müsahibəsində bildirib. “Bizim iqtisadi operatorlarımız rus məhkəmələrinə müvafiq xahişlə müraciət etməyə hazırlaşır. Bizim hesablara qarşı həbs qərarı adekvat olacaq”, – deyə Lavrov bildirib.

Lavrov deyib ki, hazırda Rusiya ilk olaraq rus diplomatlarının hesabları üzərində qoyulmuş həbsin götürülməsinə çalışır.

“Bu addımlar Vyana konvensiyası ilə tam ziddiyyət təşkil edir”, – deyə Lavrov Avropa məhkəmələrinin qərarını şərh edib.

Xatırladaq ki, bir sıra Avropa ölkələrində, diplomatik nümayəndəliklər istisna olmaqla, Rusiyaya aid edilən mülklər üzərinə həbs qoyulub.

X.SƏFƏRLİ