XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2016 - 21:06

Füzulidə minaatan mərmiləraşkarlanıb

ANAMA iyunun 9-da bir ev və həyətyanı sahəyə, 2 əkin sahəsinə, 1 fermaya, 4 partlayış yerinə baxış keçirib. Tərtər rayonunun Cəmilli kəndində bir partlamamış hərbi sursat-100 millimetrlik top mərmisi aşkar edilərək götürülüb. Füzuli rayonunun Horadiz şəhərində üç partlamamış hərbi sursat -120 millimetrlik minaatan mərmilər aşkarlanaraq götürülüb. Gün ərzində 5 min 700 kvadratmetr ərazi minalardan təmizlənib.

Bu barədə ANAMA-nın iyunun 9-da Tərtər, Goranboy və Füzuli rayonlarında aşkarlanmış partlamamış hərbi sursatlar barədə yaydığı hesabatda bildirilir.

ANAMA-nın mətbuat xidmətindən verilən məlumata görə, Goranboy rayonunun Tapqaraqoyunlu kəndində 1 ev və həyətyanı sahədə bir partlayış yerinə baxış keçirilib. 3 min kvadratmetr ərazi yoxlanılıb.

Ümumilikdə agentlik tərəfindən aprelin 7-dən iyunun 9-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 591 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 22 fermaya, əkin sahələrinə və 1 şərab zavodu ərazisinə baxış keçirilib. 1513 partlamamış hərbi sursat, piyada əleyhinə 14, o cümlədən 3 “POMZ-2” və tank əleyhinə 7 mina aşkarlanaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.