Gələn ildən “Azərbaycan Dəmir Yolları” QSC öz fəaliyyətində GPS sisteminə keçəcək.
Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu sistem vasitəsilə qatarların gecikməsi səbəbi, istifadə etdiyi enerji və yanacağın həcmi bilinəcək.
C.Qurbanov qeyd edib ki, həmçinin 2017-ci ilin əvvəlindən etibarən mühasibat uçotu tamamilə elektron qaydada aparılacaq.