XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2016 - 07:30

Türkiyə kürdlərindənPKK-ya qarşı lənət yürüşü

kurd

Türkiyədə bir gün əvvəl baş verən partlayışdan sonra kütləvi etirazlar baş qaldırıb.

Strateq.az ANSpress.com-a isnadən bildirir ki, Mardindəki bu günkü etirazlara 5 mindən çox adam qoşulub. PKK-ya qarşı başlayan  aksiyaların böyük bir dalğanın başlanğıc olacağı istisna deyil.  İştirakçılar partlayışın baş verdiyi Midyat rayonunda bir araya gəliblər. Yüzlərlə etirazçı əllərində türk bayraqları terrora lənət yağdırib və PKK əleyhinə şüarlar səsləndiriblər. Onlar “Lənət olsun PKK-ya” şüarı ilə Midyat rayon baş polis idarəsinin binası önünə gəlib, buradan hökumət evinə doğru yürüş ediblər. Aksiyada diqqət çəkən məqam isə yürüş iştirakçılarının hamısının kürd olmasıdır. Beləliklə, məlum olur ki, kürdlər heç də Abdulla Ocalanın və ya PKK, PYD və YPG-nin yanında deyillər.

Aksiya iştirakçısı Veysi Atakul deyib: “Bu, dövlətimizə, müsəlmanlara qarşı törədilən bir hücumdur. Biz vətənimizi və müsəlmanlığı təmsil edirik. Lazım gələrsə, polisin bəs etmədiyi yerdə biz də döyüşərik”. Aksiya iştirakçısı Burhanəddin Nayır isə deyib: “PKK-nı pisləyirik. Bunlar başımıza bəla oldular. Əsgərlərimizə, polislərimizə, qadın və uşaqlarımıza hücum edirlər. Allah onlara bunun cəzasını versin.” 

Terora qarşı xalq yürüşlərinin yaxın günlərdə Türkiyənin müxtəlif şəhərlərində də davam edəcəyi gözlənilir.