XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

19 İyun 2015 - 14:03

Putin ABŞ-ı ələ saldı: “SSRİ-nin dağılması ilə o məkanın boş qaldığı barədə eyforiyaya düşdü”

putin gul.jpg

“Sovet Ittifaqı dağılandan sonra bizim tərəfdaşlar, ilk öncə ABŞ, eyforiyaya düşdülər. Xoş qonşuluq və tərəfdaşlıq əlaqələri yaratmaqdansa, onların fikrincə, guya, boş qalmış bu yeni geopolitik məkanı tutmağa başladılar. Mən buna əminəm”.

Strateq.az bildirir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Peterburqda keçirilən beynəlxaq iqtisadi forumda Ukrayna ilə bağlı vəziyyəti şərh edərkən deyib.

Onun sözlərinə görə, dünyada bugünkü böhranın səbəblərinə baxmaq lazımdır.

“Biz elə hey gah Ukrayna, gah İraq, gah da başqa ölkələrdəki böhranlardan danışırıq. Biz həmişə nə baş verdiyindən bəhs edirik, amma heç vaxt sual verimirik ki, bu, niyə baş verdi? Biz niyə Ukraynadakı böhrana gəlib çıxdıq?” – deyə Putin sual edib.

Prezidentin sözlərinə görə, “tərəfdaşlara” elə gəlir ki, ikinci dünya müharibəsindən sonra geopolitik məkanda vakuum yaranıb və onlar onu doldura bilərlər.

“Bax, buna görə, biz İraq böhranının şahidi olduq. Ukraynadakı vəziyyəti ilk olaraq biz yaratmadıq. Kiyevdəki konstitusiyaya zidd çevrilişi dəstəkləmək lazım deyildi“, – deyə Putin vurğulayıb.

Rusiya prezidenti bildirib ki, ABŞ-ın birtərəfli qaydada RƏM müqaviləsindən çıxdığını elan etməsi “soyuq müharibə”yə və sürətlə silahlanmaya yol aça bilər.

X. SƏFƏROĞLU