XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2016 - 12:00

Aktobada axtarılan terrorçunun anası: “Oğlum günahkardırsa, ondanüz çevirməyə hazıram”

Ana

Terrorçu hesab edilən Baxıt Kuanışbayevin anası oğlunun günahı sübut ediləcəyi halda ondan imtina etməyə hazırdır.

Strateq.az Tengrinews.kz-a isnadən bildirir ki, “Qazaxıstan” telekanalı Aktobada terakt keçirməkdə şübhəli bilinən Baxıt Kuanışbayevin anasının müraciətini lentə alıb.

Gülsim Kuanışbayevin sözlərinə görə, indiyədək inana bilmir ki, oğlu belə bir cinayət edə bilər. Ehtimal edilən terrorçu günahını şəxsən boynuna alsa, anası ondan üz çevirməyə hazırdır.

Gülsim ana deyib: “Heç inana bilmirəm ki, oğlum bu cür addım ata bilər. Oğlum adamlara qarşı çox sadəlövh idi. Əgər oğlum özü ora gedibsə, həqiqətən də günahkardırsa, onda özüm ora gedib ana kimi deyərəm ki, gözümün qabağındaca onun alnına sıxsınlar. Eşidirsiniz! Bu mənim tərbiyəm deyil, mən ona belə şey öyrətməmişəm. Deyilənlər düz çıxsa, onda o mənim övladım olmayacaq, belə oğul mənə lazım deyil. Qoy bu, başqalarına da ibrət olsun”.

23 yaşlı Baxıt Kuanışbayev Aktobada keçirilən teraktlarda şübhəlilərdən biri sayılır.

İyunun 5-də Aktobada irimiqyaslı terakt baş verdi eyni zamanda: şəhərin üç rayonunda – iki silah mağazasında və hərbi hissədə atışma qızışdı.  Bir qrup ekstremist silah mağazalarına, sonra isə hərbi hissəyə hücum etdi, nəticədə yeddi nəfər həlak oldu, 38-i yaralandı.