XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

11 İyun 2016 - 01:43

Nazarbayev Qazaxıstandakı hadisələrdə sələfiləri suçladı:"Hamısı cəzalandırılacaq"

nazarbayev-88

Qazaxıstanın Aktobe şəhərində iyunun 5-də silah mağazaları və hərbi hissəyə hücum edənlər sələfilər olub.

APA TV-nin məlumatına görə, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının iclasında deyib. 

Nursultan Nazarbayev bəyan edib ki, Qazaxıstanda dini azadlıqlar təmin olunub: "Eyni zamanda dini şüarlar arxasında gizlənərək, ölkədəki vəziyyəti qarışdırmaq istəyənlərə qətiyyətli cavab veriləcək". 

Qazaxıstan prezidenti bildirib ki, Aktobedəki terrorçuların, demək olar ki, hamısı zərərsizləşdirilib. O qeyd edib ki, hüquq-mühafizə orqanları terrorçuların hamısını tapacaq və onlar cəzalandırılacaq. 

Nursultan Nazarbayev hökumətə terrorçuluq və ekstremizmə qarşı mübarizə sahəsində qanunvericilik təşəbbüsü paketinin hazırlanması üçün iki ay vaxt verib.