XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

11 İyun 2016 - 11:49

“Avro-2016”:bu gün 3 oyun keçiriləcək

Bu gün futbol üzrə XV Avropa çempionatının ikinci günündə üç oyun keçiriləcək.

Bakı vaxtı ilə saat 15:00-da “A” qrupunda yer alan Albaniya və İsveçrə milliləri qarşılaşacaq. Lens şəhərindəki 38223 tamaşaçı yerlik “Bollar-Delelis” stadionunda keçiriləcək oyunu ispaniyalı baş hakim Karlos Velasko Karbalyo idarə edəcək.

Günün digər iki matçında isə “B” qrupunda münasibətlərə aydınlıq gətiriləcək. Saat 20:00-da Uels ilə Slovakiya yığma komandaları üz-üzə gələcək. Oyunda ədaləti norveçli baş hakim Sveyn Odvar Moen təmin edəcək. Görüş Bordoda, 42115 yerlik “Bordo” stadionunda oynanılacaq.

Saat 23:00-da başlayan üçüncü görüşdə isə futbolun yaradıcıları, “B” qrupunun favoriti hesab edilən ingilislər Rusiya millisini məğlub etməyə çalışacaqlar. İtaliyalı referi

Nikola Rizzolinin idarə edəcəyi görüş Marsel şəhərindəki “Velodrom” stadionunda keçiriləcək. Fransanın ən böyük arenalarından hesab olunan bu stadionun tamaşaçı tutumu 67 min 354-dür.

Qeyd edək ki, Albaniya-İsveçrə və Uels-Slovakiya qarşılaşmaları “CBC Sport” telekanalı, İngiltərə-Rusiya oyunu isə İctimai Televiziyadan birbaşa yayımlanacaq.