XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

11 İyun 2016 - 13:43

“Formula-1”i izləyəcək turistləriyeniliklər gözləyir

trend_formula1_231113_004

Bir neçə gündən sonra Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-pri yarışlarına turizm sektoru da ciddi hazırlaşır. Qonaqları məmnun edəcək hazırlıqlar və ümumiyyətlə yay turizm mövsümü ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov Azərtac-a məlumat verib.

O, deyib: “ “Formula-1” yarışlarından əvvəl və sonra paytaxta yaxın ərazilərdə olan qoruqlara, abidələrə turlar təşkil ediləcək. Artıq bütün mədəniyyət müəssisələri tərəfindən iyunun 14-dən 21-dək mədəniyyət proqramları hazırlanıb. Turistlərin Bakıda şəhər gəzintisini təmin etmək məqsədilə yeni avtobuslar da alınıb. Üç avtobus və 3 mikro avtobus qonaqların xidmətində olacaq”

Onun sözlərinə görə həm paytaxt Bakı, həm də bölgələr üzrə turizm sektoru mövsümə tam hazırdır. Şimal istiqamətində “Şahdağ” Turizm Mərkəzinin yay turizm imkanlarından da turistlər istifadə edə biləcəklər. Bu il müəyyən fasilədən sonra həm yay idman növləri, həm turistlərin dağ turizm imkanlarından səmərəli istifadəsi ilə bağlı geniş xidmətlər təklif olunacaq. Şimal-qərb istiqaməti üzrə bir sıra rayonlarda turistlərin əyləncəsi, mədəni proqramların təşkili ilə bağlı yeniliklər, axşam konsertlərinin keçirilməsi də nəzərdə tutulur. Bütün bunlar isə ölkəmizə gələn turistlərin sayının artacağını deməyə əsas verir.