XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

11 İyun 2016 - 13:59

DİN “ASAN xidmət” mərkəzlərində vakant vəzifələrəmüsabiqə elan etdi

Daxili İşlər Nazirliyi (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xətti üzrə Qəbələ və Masallı “ASAN xidmət” mərkəzlərində vakant olan 42 kiçik rəis heyəti vəzifəsinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

DİN-in mətbuat xidmətindən bildiriblər ki, müsabiqədə Qəbələ, Masallı və ətraf rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olan, 20-25 yaşlarında, boyu 160 santimetrdən yuxarı, özü və yaxın qohumları məhkum olunmamış, ali və ya orta ixtisas, yaxud tam orta təhsilli, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyənləşdirilmiş şərtlərə cavab verən qadın vətəndaşlar iştirak edə bilərlər.

İştirakçıların sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq. Ali təhsilli və xarici dil bilən namizədlərə üstünlük veriləcək.

Xidmətə qəbul olunmaq istəyən şəxslər iyulun 10-dək həftənin iş günləri saat 10-dan 17-dək Bakı şəhəri, R.Behbudov küçəsi, 58-də yerləşən DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət edərək şəxsiyyət vəsiqəsini, təhsil haqqında sənədin əslini və əmək kitabçasını (olanlar üçün) şəxsən təqdim etməlidirlər.

Əlavə məlumat üçün əlaqə telefonları: (012) 590-64-31, daxili 312.