XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

11 İyun 2016 - 21:41

Ədliyyə naziri Penitensiar Xidmətin yeni rəisinitəqdim etdi

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin yeni rəisi Ceyhun Həsənov bu gün kollektivə təqdim olunub.

Yeni rəisi kollektivə ədliyyə naziri Fikrət Məmmədov təqdim edib. 

Qeyd edək ki, C.Həsənov prezident İlham Əliyevin iyunun 10-da imzaladığı sərəncamla ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi təyin olunub.

C.Həsənov buna qədər Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin rəisi olub.

Penitensiar xidmətin rəisi Mədət Quliyev 2015-ci ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidmətinə rəisi təyin edildikdən sonra Penitensiar Xidmətin rəisi vəzifəsi vakant qalırdı. (APA)