XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

12 İyun 2016 - 05:19

Rusiya-İngiltərə matçında dava:Ruslar ingilislərə hücum etdilər - FOTO/VİDEO

dava-rus

Rusiya-İngiltərə matçı başa çatdıqdan sonra rusiyalı azarkeşlər İngiltərə yığmasının fanatlarının olduğu tribunaya hücum ediblər, nəticədə, stadionda qarşıdurma baş verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, oyun sona çatdıqdan dərhal sonra rusiyalı azarkeşlər mühafizə xəttini qıraraq rəqib komandanın azarkeşlərinin yerləşdiyi tribunalara hücum ediblər.

Məlumata görə, stadion üzrə diktor rus dilində bir neçə dəfə rusiyalı azarkeşlərə müraciət edərək,  onlardan yerlərində qalmalarını xahiş edib.

Matçın sona çatmasına bir neçə dəqiqə qalmışsa rusiyalı azarkeşlər tribunada  bir neçə fişəng yandırıblar. 

Qeyd edək ki,  Rusiya-İngiltərə matçı 1:1 hesabı ilə başa çatıb.

Xatırladaq ki, Rusiya-İngiltərə matçından öncə də futbol azarkeşləri arasında ciddi toqquşmalar olub və azı, 30 nəfər xəsarət alıb.

“Röyter” agentliyinin məlumatına görə, matçın keçirildiyi Marsel şəhərinə İngiltərədən 20 min, Rusiyadan isə 12 min azarkeş gəlib.  

Azarkeşlər arasındakı qarşıdurmanı yatırmaq üçün polis azarkeşlərə qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Futbol fanatları isə asayiş keşikçilərinə şüşə qablar və digər əşyalar atıblar.

Qarşıdurmada xəsarət alan ingiltərəli azarkeşlərdən birinin vəziyyəti kritikdir və hətta bəzi xəbər agentliklərində onun öldüyü vurğulanıb.

https://youtu.be/jzaEqK-p_D0

dava-3

dava-4

dava-6

dava-8

 

rus-dava-2