XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

12 İyun 2016 - 13:57

“Avro-2016″da üçüncü gün:Türkiyə millisi çətin sınaq qarşısında

İyunun 12-də futbol üzrə XV Avropa çempionatının üçüncü günündə "C" qrupunda iki, "D" qrupunda isə bir qarşılaşma oynanılacaq.

Günün ilk oyunu azərbaycanlı futbol azarkeşləri üçün də böyük maraq doğurur. Turnirin "D" qrupunda yer alan və dördüncü dəfə Avropa çempionatının final mərhələsinə qatılan qardaş Türkiyə millisi saat 17:00-da Parisdəki "Park de Prins" stadionunda Xorvatiya yığması ilə üz-üzə gələcək. Oyunu isveçli baş hakim Conas Erikson idarə edəcək.

Digər iki oyunda isə "C" qrupunda yer alan komandalar meydana çıxacaq.

Saat 20:00-da Nitsadakı eyni adlı stadionda keçiriləcək görüşdə Polşa və Şimali İrlandiya komandaları qarşılaşacaq.

Günün saat 23:00-da başlayan üçüncü qarşılaşmasında isə Lill şəhərindəki "Pyer Moro" stadionunda Almaniya və Ukrayna milliləri üz-üzə gələcək(azərtac).