XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

12 İyun 2016 - 17:36

“Qanun”da axtarış başa çatdı –Bomba tapılmadı

qanun-1

Bakı Şəhər Baş Polis İdarəsinin "Qanun" nəşriyyatınının binasında apardığı axtarış başa çatıb.

Strateq.az AzNews.az-a istinadən bildirir ki, bu haqda jurnalistlərə nəşriyyatın rəhbəri Şahbaz Xuduoğlu məlumat verib. O bildirib ki, polislər nəşriyyatda heç bir bomba aşkar etməyiblər:

"Nəşriyyatın bütün otaqlarına baxış keçirdilər. Mətbəəyə də baxdılar. Onların özünə maraqlı gələn, dediklərinə görə, təhqiqat üçün predmet ola biləcək çap qəlibləri (dazakllar) və çap məhşurlarını götürdülər. Bildirdilər ki, təhqiqat prosesi başa çatandan sonra götürülən qəliblər bizə qaytarıla bilər. Hər hansı bir izahat vermədilər. Nəşriyyatda axtarışabənzər baxış əməliyyatı keçirdilər. Baxışla bağlı protokol yazdılar. Baxışda iştirak edənlər və biz də imzaladıq. 

Protokolda qeyd olunmuşdu ki, bizə nəşriyyatda bomba olmasıyla bağlı məlumat daxil oldu. Biz də baxış keçirdik. Baxış vaxtı nələri görüblərsə, onları qeyd ediblər".  

Ş.Xuduoğlu bildirib ki, baş verənlər onlar üçün gözlənilməz olub: "Maraqlı və qanunsuz olan o idi ki, əgər bomba qoyulmuşdusa, niyə FHN əməkdaşları, təcili tibbi yardım deyil, yalnız cinayət axtarış şöbəsinin əməkdaşları burda idi? Ümumilikdə isə bura 2 versiya ilə gəlmişdilər. Əvvəl dedilər ki, guya içəridə meyit var. Guya, kimsə öldürülüb. Daha sonra bu versiya bomba ilə əvəzləndi. Bundan sonra hansı addımlar atılacaq, bilmirik. Mən bunu nəşriyyata qarşı planlaşdırılmış, qərəzli bir addım kimi dəyərləndirirəm".

Xatırladaq ki, dünən axşam saatlarında "Qanun" nəşriyyatına  gələn polis əməkdaşları binaya bomba qoyulduğu haqda DİN-in 102 xidmətinə siqnal daxil olduğunu bildirmişdilər və əraziyə lent çəkərək heç kimi buraxmırdılar. Yalnız bu gün günorta saatlarında Şahbaz Xuduoğlu və sabiq millət vəkili Sabir Rüstəmxanlı gəldikdən sonra binaya baxış həyata keçirilib.

sabir-1

an-5