XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 June 2015 - 00:49

“Rosneft” rəhbəri: “2025-ci ildən enerji bazarında radikal dəyişiklik olacaq”

“Rosneft” şirkətinin idarə heyətinin sədri İqor Seçin hesab edir ki, 2025-ci ildən sonra dünya enerji bazarında radikal dəyişikliklər baş verəcək.

BBC-nin yaydığı məlumata görə, ötən gün jurnalistlərin suallarını cavablandıran Seçin bildirib ki, on ildən sonra dünyada neftin qiyməti yenidən artmağa başlayacaq. “Zənnimcə, 2035-ci ildə neftin bir barreli artıq 175 ABŞ dollarına satılacaq”, – deyən “Rosneft” rəsmisi bildirib ki, neft-istehsalçısı olan bəzi dövlətlərin “qara qızılı” 50-60 dollar diapazonunda satma siyasəti uzun müddət davam edə bilməz.

“Bir müddət sonra bu ölkələrin özündə kəskin gəlir çatışmazlığı yaşanacaq”, – deyən Seçin hazırda neft sənayesinə yeni sərmayə cəlb etmənin də mümkün olmadığını ifadə edib.