XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

13 İyun 2016 - 01:53

Tramp yenidən müsəlmanlara qarşı hücuma keçdi:"Baş verənlər son deyil, başlanğıcdır"

tramp-44

ABŞ prezidentliyinə namizəd Donald Tramp yenidən müsəlmanları ölkəyə buraxmamağa çağırıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, D.Tramp Orlandoda baş verən hadisəyə özünün “Tvitter” səhifəsində münasibət bildirərkən, hələ 2015-ci ildəki Paris terrorundan sonra müsəlmanların ABŞ-a gəlişinin qadağan olunmasının gərəkliyi haqda bəyanatlarını yenidən xatırladıb: “Orlandoda baş verənlər son deyil, başlanğıcdır. Ölkə rəhbərliyi zəif və səriştəsizdir. Mən bundan əvvəl də qadağaya dair bəyanatlar vermişdim. Biz hər zaman belə hadisələrə hazır və sərt olmalıyıq”.

Tramp həmçinin ABŞ prezidentinin də istefa verməli olduğunu yazıb: "Prezident Obama, nəhayət, radikal islam terrorizmi kəlməsini işlədəcəkmi? Əgər bunu etmirsə, onda dərhal rüsvayçılqla istefa etməlidir".

ABŞ prezidenti Barak Obama isə hadisəni "ABŞ tarixinin ən böyük qətliamı" olaraq qiymətləndirib.

"FTB hücumu terror aktı kimi dəyərləndirir. Hadisənin terrorla əlaqəsinin otraya çıxarılması üçün hər cür tədbirlərin görülməsi üçün göstəriş verdm” – deyən ABŞ prezidenti ölkəsində bu cür hadisələrin törədilməsi üçün silah alınmasının çox asan olduğuna diqqət çəkib və silah satışına məhdudiyyət qoyulmasının vacibliyinə işarə vurub.

Xatırladaq ki, ABŞ-ın Florida ştatının Orlando şəhərində  gecə klubunda törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb.