XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

13 İyun 2016 - 09:20

Bakıda dünya çempionu tikinti şirkətinəbasqın edib

basqin

“Evrostroy-S” şirkətinə basqın olub. Bu barədə “Yeni Müsavat”a vəkil Ceyhun Yusifov məlumat verib. Vəkil deyib ki, şirkətin Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən ofisinə kik-boksinq üzrə dəfələrlə dünya çempionu olmuş Rafael Qarayev bir neçə şəxslə basqın edib. 

“Rafael Qarayev vaxtilə həmin şirkətin sahiblərindən olan Seymur İsayevin mühafizəçisi olub. Sonradan onu şirkətdən uzaqlaşdırıblar. Onun ətrafında idmançı uşaqlar var. Həmin uşaqlar Rafael Qarayevdən əvvəl ora gəliblər. Deyiblər ki, şirkətin tikdiyi 350 kvadratmetrlik bir obyekt var, həmin obyekt onlara verilməlidir. İdmançılara məsləhət biliblər ki, tələb etdikləri obyektə sənəd təqdim etsinlər. Bundan sonra idmançılar oradan gediblər. Bir neçə saat sonra isə ora başqa adamlar gəlib, obyektə girmək istəyiblər. Lakin onların obyektə girmələrinə imkan verilməyib. Bundan sonra əraziyə Rafael Qarayev gəlib. O, obyektə girərək Bəxtiyar Təhməzovu vəhşicəsinə döyüb. Orada İlqar adlı işçi olub, o, Rafaeli sakitləşdirmək istəyib. Onu da vəhşicəsinə döyüblər. Hər iki şəxs hazırda 1 saylı klinikanın reanimasiya şöbəsindədirlər, vəziyyətləri olduqca ağırdır”.

Vəkil bildirib ki, faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırmalara başlanıb. Yasamal Rayon Polis İdarəsindən “Trend”ə faktı təsdiqləsələr də, hazırda hadisə ilə bağlı saxlanılan şəxslərin olub-olmaması barədə məlumat verilməyib.

Qeyd edək ki, “Evrostroy-S” şirkətinin rəhbəri  S.İsayevlə R.Qarayevin mübahisəsi illərdir ki, davam edir. Şəbnəm Tovuzlunun adı qarışan tikinti şirkətinin şəriklərindən biri də müğənninin 2-ci həyat yoldaşı Famil Xəlilovdur. F.Xəlilov Sankt-Peterburqdan Bakıya gələrək “Evrostroy-S” şirkətində şəriklər sırasına qatılana qədər şirkətdə S.İsayevlə R.Qarayev şərik olublar. Sonradan  S.İsayevlə R.Qarayev arasında şəriklik münasibətləri F.Xəlilovun şirkətə şərik gətirilməsinə görə pozulub.