XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

14 İyun 2016 - 04:08

İŞİD-ə qarşı irimiqyaslı hava əməliyyatı –ABŞ "Apache"ləri, İraq ordusu F-16-ları işə saldı

apachi-1

ABŞ ilk dəfə olaraq İŞİD-ə qarşı “Apache” döyüş helikopterlərindən istifadə edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ müdafiə naziri Eşton Karter bəyan edib.

“Terrorçulara qarşı ilk dəfə “Apache” döyüş helikopterlərindən istifadə olunub. İraqın Mosul şəhərində yerləşən hədəflər məhv edilib”, – deyə E.Karter bildirib.

Qeyd edək ki, E.Karter NATO ölkələri müdafiə nazirlərinin görüşündə iştirak etmək üçün Brüsselə yola düşüb. 

Yeri gəlmişkən, “Ria-Novosti”nin yaydığı məlumata görə, İŞİD-ə qarşı daha bir uğurlu əməliyyat Fəllucədə həyata keçirilib. 

F-16 qırıcılarının İŞİD terror qruplaşmasının mövqelərinə zərbə endirməsi əməliyyatına isə İraqın Müdafiə naziri Xalid Übeydi şəxsən başçılıq edib.

Xalid Übeydi özü Mosul şəhərində doğulub və 1987-2003-cü illərdə İraqın Hərbi Hava Qüvvələrində xidmət edib. İxtisasca aviasiya mühəndisi olan nazirin anadan olduğu şəhər 2014-cü ildən bəri İŞİD terror qruplaşmasının nəzarətindədir.

f-16