XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

14 İyun 2016 - 08:12

Bu gün Milli Məclisin növbədənkənariclası başlanır

meclis02

İyunun 14-də Milli Məclisin növbədənkənar iclası keçiriləcək.

İlasda "Kənd təsərrüfatı kooperasiyası haqqında" və "Elm haqqında" qanun layihələri üçüncü oxunuşda müzakirə ediləcək.

Bundan başqa, "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında", "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və təsirinin azaldılması sahəsində əməkdaşlıq haqqında", "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında" sazişlərin təsdiq edilməsi barədə qanun layihələrinə baxılacaq. Həmçinin "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında elektrik enerjisi satışı haqqında", "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında" çərçivə sazişlərinin, "Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi arasında "Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiya"nın (əlavələrlə) I/10-cu qaydasına əsasən sertifikatların (diplomların) tanınması haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi, Azərbaycan Respublikasında Muradxanlı, Cəfərli və Zərdab neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Zenit Aran Oil Company Limited və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihələri müzakirə olunacaq.

Deputatlar "Hərbi vəzifə və hərbi xidmət haqqında", Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında, "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə, İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında, "Hərbi qulluqçuların statusu haqqında" Qanunda dəyişiklik edilməsi, "Prokurorluq haqqında" Qanunda dəyişikliklər edilməsi, "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Qanunda dəyişiklik edilməsi, "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" Qanunda dəyişiklik edilməsi, "Toxumçuluq haqqında" Qanunda dəyişiklik edilməsi, "Taxıl haqqında", "Çayçılıq haqqında", "Fitosanitar nəzarəti haqqında" qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrini də müzakirə edəcəklər.

İclasda, həmçinin "Dövlət rüsumu haqqında" Qanunda dəyişikliklər edilməsi, Vergi Məcəlləsində dəyişiklik edilməsi, Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi, "Prokurorluq haqqında" Qanunda dəyişiklik edilməsi, "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Qanunda dəyişikliklər edilməsi, "Notariat haqqında" Qanunda dəyişiklik edilməsi, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılacaq.