XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

14 İyun 2016 - 09:32

Obama:“Ömər Mətinin xaricdən terrorçular tərəfindən idarə edildiyinə dair dəlil yoxdur”

barak-obama-1

ABŞ prezidenti Barak Obama bildirib ki, Amerika tarixində ən böyük kütləvi qətl hadisəsi olan Orlando hücumunu həyata keçirən silahlı şəxsin xaricdə terrorçu qrup tərəfindən idarə edildiyinə dair aydın dəlil yoxdur.

"Belə görünür, atəş açan şəxs internetdə yayılmış esktremist informasiyanın təsiri altında olub"-deyə Obama Ağ Evdə müxbirlərə bildirib. (Amerikanın səsi)

O deyib ki, Amerikada anadan olan əfqan mənşəli 29 yaşlı Ömər Saddiqi Mətin "ölkə daxilində yaranmış ekstremizmi" təmsil edir. Obamanın bildirdiyinə görə, "belə görünür, o, Orlandoda təcili yardıma zəng edən zaman son anda İslam Dövləti qrupuna sədaqətini elan edib."

ABŞ prezidenti deyib ki, hüquq mühafizə orqanları təhqiqatın ilkin mərhələsindədir və hələ çox məlumat əldə edilməlidir. ABŞ-da silahlara daha ciddi nəzarətə dair qanunların qəbul olunmasına çalışan prezident Obama çıxışında qatilin odlu silahdan istifadə etməsinə toxunaraq deyib: "O asanlıqla bu kimi silahlar əldə edə bilib. Bizim mübarizə aparmalı olduğumuz məsələ budur."

Federal Təhqiqatlar Bürosunun başçısı Ceyms Komi internetdən istifadə də daxil olmaqla qatil haqda məlumat toplandığını bildirib.

Rəsmilərin bildirdiyinə görə, Orlandoda təcili yardıma zəng edən Mətin İŞİD qrupu və onun lideri Əbu Bəkr Əl-Bağdadiyə sədaqət andı verdiyini deyib və 2013-cü ildə Boston şəhərində marafon zamanı 3 nəfərin ölümülə nəticələnmiş bomba hücumunu qeyd edib.

Ağ Evin sözçüsü Coş Ernest prezident Obamanın cümə axşamı hadisə qurbanlarının ailələrinə ehtiram və hadisədən sonra normal həyata qayıtmağa çalışan icma üzvləri ilə həmrəylik ifadə etmək üçün Orlandoya səfər edəcəyini bildirib.