Bu gün “Avro-2016”nın qrup mərhələsində F qrupunda Avstriya və Macarıstan milliləri də qarşılaşıblar.
Strateq.az xəbər verir ki, oyunda qalib tərəf macarlar olub. Oyunun 63-cü dəqiqəsində Szalay hesabı açıb.
Bu qoldan 3 dəqiqə sonra Avsriyalı Draqoviç ikinci sarı alıb. Bununla da qırmızı kart alaraq meydandan qovulub.
Rəqibin meydanda azlığından daha da rahatlaşan Macarıstan milliləri 87-ci dəqiqədə hesabı artırıblar – 0:2.
Oyun bu hesabla bitib.