XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

15 İyun 2016 - 00:59

Avro-2016:Portuqaliya millisi İslandiya ilə bacarmadı

portuql-islandiya

Bu gün “Avro-2016”nın F qrupunda  Avstriya və Macarıstan millilərindən sonra (bu oyun 0-2 macarların xeyrinə bitib) Portuqaliya ilə İslandiya yığmaları üz-üzə gəliblər. 

Strateq.az xəbər verir ki, oyunda hesabı Portuqaliya millisi açıb. 31-ci dəqiqədə "Fənərbaxça"lı Luiş Nani dəqiq oynayıb – 1-0.

Çoxları bu oyunda portuqulların qələbəsini gözləsə də, islandlar əzməkar oyunu ilə hesaba tarazlıq gətirib. Belə ki, ikinci hissənin başlanmasından 5 dəqiqə sonra Byarnason bərabərliyi təmin edib – 1:1.

Qalan dəqiqələrdə hesabda dəyişiklik olmayıb.