XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

15 İyun 2016 - 00:37

ABŞ və Azərbaycan arasındakı “Açıq Səma” sazişiqüvvəyə mindi

sekuta-cahangir

ABŞ və Azərbaycan arasında aviadaşımalar bazarının liberallaşdırılması üzrə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov və ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta arasında 6 aprel 2016-cı il tarixdə imzalanmış "Açıq Səma Sazişi" ("Open sky agreement")  bu gün qüvvəyə minib. 

Bu barədə APA ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsinə istinadən xəbər verir.

Qeyd edək ki, ikitərəfli saziş ABŞ və Azərbaycan arasında hava nəqliyyatının təşkili prosesinin sadələşdirilməsinə imkan verəcək, həmçinin kommersiya reyslərinin sayının artmasına kömək edəcək.

"Açıq səma sazişi" aviaşirkətlərin marşrutlar üzrə kommersiya qərarlarına və qiymətqoyma siyasətinə dövlət müdaxiləsini aradan qaldırmağı nəzərdə tutur. Bu da operatorlara sərnişin və yük daşımaları üzrə daha əlverişli və səmərəli xidmət göstərməyə imkan verir.

Qeyd edək ki, Azərbaycan mülki aviasiyasının normativ bazasının təkmilləşdirilməsi sayəsində ABŞ-ın Federal Aviasiya İdarəsi ölkəmizi aviasiya təhlükəsizliyinin ən yüksək səviyyəsi "A" kateqoriyasına layiq görüb.