XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

15 İyun 2016 - 02:55

Senat Pentaqonun gələnilki büdcə layihəsini təsdiqlədi –602 milyard dollar

pentaqon-2

ABŞ Konqresinin Senatı ötən gün Müdafiə Nazirliyinin 2017-ci maliyyə ili üçün  602 milyard dollar həcmində olan büdcə layihəsini qəbul edib.  

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, sənəd 85 senator tərəfindən dəstəklənib, 13 nəfər isə əleyhinə səs verib.  

Yuxarı Palatanın bu qərarına baxmayaraq, qeyd olunan sənəd Konqresin Nümayəndələr Palatası tərəfindən daha əvvəl qəbul olunmuş digər versiyası ilə razılaşdırılmalıdır və bundan sonra prezident tərəfindən imzalanmalıdır.

Ötən il bu proses bir aydan çox əvvəl davam edib.