XƏBƏR LENTİ

15 Avqust 2020

Digər Xəbərlər

15 İyun 2016 - 16:00

”Qalib gəlsək, sərxoş olana qədər içəcəyik” –Xorvatiyanın baş məşqçisi

xorvatiya-mesqci

Avropa çempionatının D qrupunda mübarizə aparan Xorvatiyanın baş məşqçisi Ante Çaçiç Çexiya ilə oyunöncəsi maraqlı açıqlama verib.

63 yaşlı mütəxəssis qrupda ikinci qələbələrini qazanacaqları təqdirdə sərxoş olana qədər içəcəklərini bildirib.

A.Çaçiç komandasına güvəndiyini söyləyib: "Futbolçularıma inanıram. Çexiyanı məğlub etsək, bu qələbəni qeyd edəcəyik. Üstəlik sərxoş olana qədər içəcəyik".

Çexiya ilə oyunda əldə olunacaq 3 xal xorvatların növbəti mərhələyə vəsiqə qazanmasını təmin edəcək. Xorvatiya hazırda İspaniya yığması ilə eyni – 3 xala sahibdir. Komanda ilk oyunda Türkiyə üzərində 1:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Çexiya – Xorvatiya oyunu iyunun 17-də keçiriləcək. Maçtın start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.

Report