XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2015 - 10:49

“Qarabağ”ın Çempionlar Liqasında rəqibi müəyyənləşdi – Qarşılaşmalar (SİYAHI)

Bu gün çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi keçirilib.

İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayıb.

Azərbaycan çempionu “Qarabağ”ın II təsnifat mərhələsindəki rəqibi də bu gün məlum olub. Son Azərbaycan çempionu Monteneqronun “Rudar” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları 14-15 iyulda, cavab qarşılaşmaları isə 21-22 iyul tarixlərində keçiriləcək.

I təsnifat mərhələsinin cütlükləri:

“Linkoln” (Cəbəllürariq) – “Santa Koloma” (Andorra)

“Kruzaders” (Şimali İrlandiya) – “Levadiya” (Estoniya)

“Pünik” (Ermənistan) – “Folqor” (San Marino)

“Torşavn” (Farer adaları) – TNS (Uels)

II təsnifat mərhələsi

“Hibernians” (Malta) – “Makkabi” (Təl-Əviv, İsrail)

APOEL (Kipr) – “Vardar” (Makedoniya)

“Qarabağ” (Azərbaycan) – “Rudar” (Monteneqro)

“Sarayevo” (Bosniya və Herseqovina) – “Lex” (Polşa)

“Maribor” (Sloveniya) – “Astana” (Qazaxıstan)

BATE (Belarus) – “Dandalk” (İrlandiya)

HİK (Finladniya) – “Ventspils” (Latviya)

“Mitdilland” (Danimarka) – “Linkoln” (Cəbəllürariq) / “Santa Koloma” (Andorra)

“Molde” (Norveç) – “Pünik” (Ermənistan) / “Folqor” (San Marino)

“Malmö” (İsveç) – “Jalgiris” (Litva)

“Seltik” (Şotlandiya) – “Styarnan” (İslandiya)

“Trençin” (Slovakiya) – “Styaua” (Rumıniya)

“Partizan” (Serbiya) – “Dila” (Gürcüstan)

“Ludoqorets” (Bolqarıstan) – “Milsami” (Moldova)

“Fola” (Lüksemburq) – “Dinamo” (Zaqreb, Xorvatiya)

“Skenderbeu” (Albaniya) – “Kruzaders” (Şimali İrlandiya) / “Levadiya” (Estoniya)

“Torşavn” (Farer adaları) / TNS (Uels) – “Videoton” (Macarıstan).

Qol.az