XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2015 - 13:12

“Mən könüllü deyiləm…” – “Bakı-2015“-də polşalı idmançını xilas edən azərbaycanlı danışdı

Xəbər verdiyimiz kimi, “Bakı-2015” ilk Avropa Oyunlarının batut gimnastikası üzrə kişilər arasında keçirilən finalında maraqlı hadisə yaşanıb.

Belə ki, komanda yoldaşı Lukas Tomaşevski ilə batutda sıçrayan polşalı idmançı Hes Bartlomyej yerə enərkən səhvə yol verib və batutun üzərindən yıxılıb. Bu zaman batut ətrafında dayanmış spotterlərdən biri Elçin Əlibəyov onun xəsarət almasının qarşısını alıb.

Strateq.az xəbər verir ki, bununla bağlı E.Əlibəyov Dsport.Az-a açıqlamasında bildirib ki, adının könüllü kimi hallanması düzgün deyil:
“Əvvəlcə onu deyim ki, hamı könüllü olduğumu düşünür, ancaq mənim, eləcə də batut ətrafında dayanan digərlərinin vəzifəsi spotter adlanır. Spotterlər peşəkar idmançı və məşqçilərdən seçilirlər”.
İdmançının düşmə anınıdan danışan Elçin sözlərinə belə davam edib: “Hər kəsin keçirəcəyi hisslər deyildi, amma tam fərqli idi. Videodan göründüyü kimi idmançı mənə təşəkkür etdi. Daha sonra heç görüşmədik”.
Qeyd edək ki, Lukas Tomaşevski – Hes Bartlomyej cütlüyü sözügedən yarışda 10 600 xal toplayaraq sonuncu olublar.