XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

22 İyun 2015 - 13:51

Roma papası geri addım atdı – Ermənilərin gözlədiyi olmadı

“1915-ci il hadisələri Ermənistanın “böyük faciə”sidir”.

Strateq.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Roma Papası Fransisk İtaliyanın Torino şəhərində keçirilən mərasimdə deyib.

Katoliklərin ruhani lideri nasistlərin yəhudilərə qarşı təşkil etdiyi cinayətləri (Holokost) soyqırım, 1915-ci il hadisələrini isə “Ermənistanın böyük faciəsi” adlandırıb.

Qeyd edək ki, Papa bu ilin aprelində Vatikanda təşkil edilən ayin zamanı 1915-ci il hadisələrini “soyqırım” adlandırmış və Türkiyə ilə diplomatik qalmaqalın yaşanmasına səbəb olmuşdu.