XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2016 - 20:21

Almaniya-Polşa oyununda qalib kim olacaq?- Obi-Obi proqnozunu "açıqladı"

Son dövrlər futbol çempionatları həm də proqnoz verən heyvanlarla yadda qalır. Məsələn, ötən çempionatda osminoq Paul oyunların hesablarını əvvəlcədən tapmaqla məşhurlaşmışdı.

Onoloji proqnozlar bu çempionatda da var. Məsələn, Leypsiq zooparkında bu missiya Obi-Obi adlı koalaya həvalə olunub.

Obi-Obi bu gün Parisdə keçiriləcək Almaniya-Polşa oyunu ilə bağlı proqnozunu «açıqlayıb». Proqnoz özünü doğrultsa, bu qarşılaşmanın qalibi Almaniya olacaq. 

Onu da qeyd edək ki, koalanın ilk proqnozu doğru çıxmamışdı. Almaniya-Ukrayna qarşılaşmasında o, Ukrayna komandasına qələbə proqnozlaşdırmışdı. 

Strateq.az