Aeroportda problem yarandı, sərnişinlər 10 min çanta olmadan uçdular

Parisin Şarl de Qoll hava limanında yüklərin çeşidlənməsi sistemində nasazlıq baş verib. Musavat.com xəbər verir ki, məlumatı TASS yayıb.
Nasazlıq üzündən hava limanının iki iri terminalında bir neçə reysin sərnişinləri 8-10 min çemodan və çantalarsız uçmalı olublar. Tranzit sərnişinlərin yüklərində də problem yaranıb. Tezniklər bir neçə saat sonra nasazlığl qismən aradan qaldıra biliblər.
Yığılıb qalmış yüklərin çeşidlənməsinə bir neçə gün lazım olduğu bildirilir. Bəzi hava yolları şirkətləri yükləri sərnişinlərin ünvanlarına çatdırmalıdırlar.