XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2016 - 22:04

“Avro-2016”: Şimali İrlandiyaUkraynanı məğlub etdi

Futbol üzrə XV Avropa çempionatında “C” qrupunda yer alan Ukrayna və Şimali İrlandiya yığma komandaları qarşılaşıb. Lion şəhər stadionunda oynanılan görüşü çexiyalı baş hakim Pavel Kraloveç idarə edib.

Azərtac xəbər verir ki, gərgin idman mübarizəsi və yağışlı hava şəraitində keçən görüşün ilk hissəsi qolsuz heç-heçə ilə başa çatıb – 0:0.

Fasilədən sonra komandalar hesabı açmaq üçün səyləri daha da artırıblar. Şimali İrlandiya yığmasının futbolçularının hücumları matçın 49-cu dəqiqəsində bəhrəsini verib. Oliver Norvudun son cinahdan cərimə meydançasına ötürməsindən sonra Qaret Makauli başla zərbə ilə topu qapıdan keçirib – 1:0. Hesabı bərabərləşdirmək üçün irəli atılan ukraynalılar növbəti qolu öz qapılarında görüblər. Oyuna əlavə edilən vaxtın sonuncu – 6-cı dəqiqəsində Makgins hesab arasındakı fərqi artıraraq Şimali İrlandiyanın qələbəsini rəsmiləşdirib – 2:0.

Günün son matçında isə “C” qrupunun favoriti hesab edilən Almaniya komandası Polşa millisi ilə üz-üzə gələcək.