XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

17 İyun 2016 - 00:58

Azərbaycan-Avropa İttifaqı əlaqələri –Sentyabradək Bakıda 4 alt komitənin görüşü keçiriləcək

mahmud-m

Avropa İttifaqının Azərbaycanla əməkdaşlıq üzrə alt komitələrinin Bakıda iclasları keçiriləcək. 

APA-nın məlumatına görə, bu sözləri xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın Aİ ilə əməkdaşlığı davam edir: "Sentyabra kimi 4 alt komitənin və əməkdaşlıq komitəsinin iclası olmalıdır. Ola bilsin ki, xarici işlər nazirləri səviyyəsində olan Şuranın da iclası olsun. Artıq 3 alt komitənin görüşünün Bakıda keçiriləcəyi təsdiq olunub, birinə isə hələ baxılır”.