Yaxın günlərdə Gəncədə London taksiləri şəhər sakinlərinə və qonaqlara xidmət göstərəcək.
Bu məqsədlə şəhərə 10 ədəd bənövşəyi London Taxi TX4 avtomobilləri gətirilib.
Nəqliyyat xidmətini həyata keçirən qurumla zəruri hüquqi sənədləşmə işləri tamamlandıqdan sonra taksilərin istismarına başlanılacaq(azərtac).