XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

17 İyun 2016 - 11:11

Tikintisi davam edən Sumqayıt bulvarındanson görüntülər – FOTOLAR

Sumqayıt sakinlərinin, eləcə də qonaqların asudə vaxtlarının səmərəli təşkili üçün şəhərin dənizkənarı bulvarında ən müasir infrastruktur yaradılır.

Ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan ərazidə bulvarın inşası sürətlə davam etdirilir. Hazırda burada 4,2 kilometr uzunluğunda istinad divarı çəkilib və bulvarın 1000 metrlik hissəsində işlər tamamlanmaq üzrədir.

Bulvarda kiçikölçülü gəzinti avtobusları, avtomobil və velosiped üçün sahilboyu xüsusi hərəkət zolağı da salınacaq. Ərazidə nadir ağac və bitki nümunələri əkiləcək, müasir işıqlandırma sistemi quraşdırılacaq. Həmçinin burada istirahət obyektləri, attraksionlar, ticarət və əyləncə mərkəzləri, kinoklub, idman infrastrukturu inşa ediləcək. Sahil hissədə estakadalar qurulacaq, şəhər akvatoriyasında gəzinti gəmilərinin hərəkəti təmin olunacaq.

Azərtac