XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

17 İyun 2016 - 15:06

Prezident İlham Əliyev fransalı deputatı qəbul etdi –Müzakirə

ilham-eliyev-teze

Prezident İlham Əliyev bu gün Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Milli Assambleyanın deputatı Jan Fransua Manselin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Strateq.az xəbər verir ki, İlham Əliyev Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Milli Assambleyanın deputatı Jan Fransua Manselin başçılığı ilə fransalı deputatların yeni qrupunun Azərbaycana səfərindən məmnunluğunu ifadə edib və qonaqların ölkəmizlə yaxından tanış olmaları üçün səfərin yaxşı imkan yaratdığını deyib.

Ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev parlamentlərarası əməkdaşlığın bu münasibətlərin genişləndirilməsindəki müsbət rolunu qeyd edib. Fransa prezidentlərinin Azərbaycana, özünün isə Fransaya səfərlərini məmnunluqla xatırlayan Dövlət başçısı ölkələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, enerji, nəqliyyat, yüksək texnologiyalar, ticarət, təhsil və digər sahələrdə uğurlu əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Dövlətlərarası əlaqələrin səviyyəsinin razılıq doğurduğunu deyən Prezident İlham Əliyev bildirib ki, indi əsas vəzifə Fransa ictimaiyyətini Azərbaycan reallıqları, ölkəmizdə gedən inkişaf prosesləri ilə bağlı daha geniş məlumatlarla tanış etməkdir. Bu baxımdan qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən dövlətimizin başçısı Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Milli Assambleyanın deputatı Jan Fransua Manselin başçılıq etdiyi nümayəndə heyətinin respublikamıza səfərinin xalqlarımızın və ölkələrimizin bir-birinə daha da yaxınlaşması işinə xidmət edəcəyini vurğulayıb.

Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Milli Assambleyanın deputatı Jan Fransua Mansel nümayəndə heyəti üzvlərinin Azərbaycana ilk dəfə səfər etdiklərini deyib. O, heyət üzvlərinin Azərbaycanla bağlı xoşa gəlməyən təşəbbüslərin qarşısını almaq üçün Milli Assambleyada səfərbər olduqlarını və artıq onların Azərbaycana olan dostluq hisslərini sübuta yetirdiklərini vurğulayıb.

Ölkəmizə səfərləri çərçivəsində “Azərbaycanı özün üçün kəşf et” proqramı hazırladıqlarını deyən Jan Fransua Mansel respublikamızda gedən inkişaf prosesləri ilə yaxından tanış olmaq üçün bunun önəmini qeyd edib. Jan Fransua Mansel Bakıda keçirilən Formula-1 yarışlarına onların böyük maraq göstərdiklərini deyib. O, bu cür beynəlxalq tədbirlərin keçirilməsində Azərbaycanın zəngin təcrübəyə malik olmasının önəmini qeyd edib.