XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2015 - 06:11

Bu gün 6 boksçumuz rinqə çıxacaq

Bu gün Avropa Oyunlarında boks yarışları davam edəcək.

Strateq.az xəbər verir ki, Azərbaycan yığmasının 6 boksçusu yarımfinala keçmək üçün rinqə çıxacaq.
60 kq çəki dərəcəsində Albert Səlimov saat 14:00-da bolqarıstanlı Elian Dimitriovla üz-üzə gələcək.
64 kq-da Sotomayor Kollazo rumıniyalı Daniel Nikulesku ilə üz-üzə gələcək. Görüş 20:15-də başlayacaq.
69 kq çəki dərəcəsində Pərviz Bağırov almaniyalı Baraou Abassla qarşılaşacaq. İdmançılar yarımfinal üçün rinqə 21:15-də çıxacaqlar.
91 kq-da Abdulkadir Abdullayev 21:30-da fransalı Omba Bionqolo Polo ilə münasibətlərə aydınlıq gətirəcək.
Qadınlar arasında 51-54 kq yüngül çəki dərəcəsində Anna Əlimərdanova bolqarıstanlı Stanimira Petrova ilə qarşılaşacaq. Tərəflər 12:45-da rinqə ayaq basacaqlar.
60-64 kq çəki dərəcəsində Elena Vistoropova 19:15-də böyük britaniyalı Rian Sandi ilə qarşılaşacaq.