XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

17 İyun 2016 - 21:19

Azərbaycanın şimalında xüsusi əməliyyat –10 silahlı, 5 xüsusi təyinatlı öldü

emeliyyat

Dağıstanda keçirilən xüsusi əməliyyat nəticəsində 10 silahlı məhv edilib.

APA-nın məlumatına görə, bu barədə TASS agentliyinə respublikanın güc strukturundakı mənbə bildirib.

“Son məlumatlara əsasən, 10 silahlı məhv edilib – “Cənub” quldur dəstəsinin lideri Dərbənd və Tabasaran rayonlarının sərhədində, daha 9 silahlı isə Süleyman-Stal rayonunda. Öldürülən silahlıların şəxsiyyətləri müəyyənləşdirilir”, – deyə mənbə bildirib.

Keçirilən iki xüsusi əməliyyat zamanı xüsusi təyinatlı dəstənin 5 əməkdaşı həlak olub, 3-ü isə yaralanıb.

"Döyüş zamanı ağır yaralanan əməkdaşımız bu gün vəfat edib. Beləliklə, xüsusi əməliyyat zamanı tərəfimizdən ölənlərin sayı 5-ə çatdı. Üç yaralımız var, onların həyatlarına təhlükə yoxdur”, – mənbə bildirib.