XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

18 İyun 2016 - 10:33

ANAMA:"Tovuzda partlamamış top mərmisi aşkarlanıb"

İyunun 17-də beş ev və həyətyanı sahə, beş əkin sahəsi, 20 partlayış yerinə baxış keçirilib. İki ədəd partlamamış hərbi sursat (1 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi və 1 ədəd 85 mm-lik BR-365 top mərmisi) aşkar olunaraq götürülüb və gün ərzində 32 810 kvadratmetr ərazi təmizlənib.

Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) iyunun 17-də Füzuli, Ağdam, Tərtər və Tovuz rayonlarında aşkarlanmış partlamamış hərbi sursatlar barədə yaydığı hesabatında bildirilir.

ANAMA-nın mətbuat xidmətindən bildiriblər ki, Tərtər rayonunun Cəmilli kəndində bir əkin sahəsində beş partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 6 000 kvadratmetr ərazi yoxlanılıb.

Şıxarx kəndində dörd ev və həyətyanı sahədə doqquz partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarilə 22 500 kvadratmetr ərazi yoxlanılıb.

Ağdam rayonunun Qaradağlı kəndində bir əkin sahəsində iki partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarilə 2 000 kvadratmetr ərazi yoxlanılıb.

Füzuli rayonunun Horadiz şəhərində üç əkin sahəsində üç partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarilə 2 290 kvadratmetr ərazi yoxlanılıb.

FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatına əsasən Tovuz rayonunun Xatınlı kəndində bir ev və həyətyanı sahədə bir partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (85 mm-lik BR-365K top mərmisi) aşkar edilərək götürülüb, nəticə etibarilə 20 kvadratmetr ərazi yoxlanılıb.

Ümumilikdə aprelin 7-dən iyunun 17-dək Agentlik tərəfindən Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 615 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 22 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 534 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 8 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.