XƏBƏR LENTİ

28 Sentyabr 2020

Digər Xəbərlər

23 İyun 2015 - 09:13

Bakı-2015: Daha bir qrup erməni Bakıya gəlir

Bu gün erməni idmançılarının daha bir qrupu Bakı 2015- Birinci Avropa Oyunlarında mübarizəyə qoşulmaq üçün bu gün Bakıya gəlir.

Strateq.az ANS-ə istinadən xəbər verir ki, Bakıya yola düşən qrup cüdoçulardan ibarətdir. Bu barədə Ermənistan Cüdo Federasiyasının vitse-prezidenti David Xitaryan yazıb.

Ermənistan yığmasının heyətinə Ohanes Davtyan (60 kq), David Nikoqosyan (73 kq), Janna Stankeviç (52 kq) daxil edilib. Ermənistan yığmasının baş məşqçisi Tiqran Babayandır.

Erməni cüdoçular Bakıda iyunun 25-i və 26-də mübarizəyə başlayacaqlar.