XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

18 İyun 2016 - 16:47

“Qarabağ” Avstriyada təlim-məşq toplanışında- FOTOLAR

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” futbol klubu hazırlıqları davam etdirir.

Azərtac xəbər verir ki, məşqdən əvvəl futbolçularla toplantı keçirən baş məşqçi Qurban Qurbanov onlara uğurlar arzulayıb və yeni transfer Arif Daşdəmirovu komandaya təqdim edib.

Toplanışa ötən gün qoşulan Riçard Almeyda, Reynaldo Silva və Migel Madera da axşam məşqində iştirak ediblər.

Məşqə yüngül fiziki hazırlıqla başlayan komanda daha sonra kross qaçışı ilə çalışmaları davam etdirib. Sonda futbolçular toplu çalışmalar üzrə məşq ediblər.

Ağdam təmsilçisinin bu gün də iki məşqi nəzərdə tutulub.